“Təcili yardım 40 dəqiqə sonra hadisə yerinə gəldi” - VİDEO

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı Təcili Tibbi Yardım avtomobilinin hadisə yerinə gec gəlməsindən şikayətlənib. X.Hidayətqızı sosial şəbəkədə hadisə yerindən video yayaraq “Xəzər” televiziyasının qarşısında qəza baş verdiyini bildirib. O qeyd edib ki, bir neçə hadisə şahidi 103 xidmətinə zəng etsə də, təcili tibbi yardım avtomobili 40 dəqiqə sonra hadisə yerinə gəlib: “Yol da bağlı deyildi ki, deyələr tıxac idi. İnşalllah, o qız ölməz”.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Nobel prospektində avtomobil qəzası baş verən əraziyə Təcili tibbi yardım avtomobilinin 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətəuyğun deyil. Təcili Tibbi Yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, Kliniki Tibbi Mərkəzdə (KTM) qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib. Ağır vəziyyətdə KTM-ə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












