Təhlükəli infeksiya barədə XƏBƏRDARLIQ: Dünyanı bürüyəcək

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bu onillik ərzində ABŞ, Cənubi Avropa və Afrikada Denge qızdırmasının sürətlə yayılması riskinin olduğunu bildiriblər.
Ümumdünya Səhiyyə Təşkilatının infeksion xəstəliklər üzrə mütəxəssisi Ceremi Farrarın sözlərinə görə, Denge qızdırmasının yayılmasına temperaturun yüksəlməsi səbəb olur, bu da xəstəliyi daşıyan ağcaqanadların çoxalması üçün əlverişli şərait yaradır.
Farrar qeyd edir ki, gələcəkdə Denge qızdırması ABŞ-ın cənubunda, Cənubi Avropada və Afrikanın bəzi hissələrində həmişə mövcud (endemik) halına gələcək. Artıq bu rayonlarda fərdi xəstəliyə yoluxma halları qeydə alınıb.
"Biz ölkələri gələcəkdə bir çox böyük şəhərlərdə yaranacaq əlavə təzyiqlərin öhdəsindən necə gələcəkləri üçün həqiqətən hazırlamalıyıq. Klinik qayğı həqiqətən intensivdir, yüksək tibb bacısı-xəstə nisbəti tələb edir", - yoluxucu xəstəlik mütəxəssisi proqnozlaşdırır.
Denge qızdırması ağcaqanadlar tərəfindən ötürülən kəskin yoluxucu xəstəlikdir. Əksər hallarda, asemptomatikdir, bu da onun diaqnozunu çətinləşdirir. Əlamətlərinə adətən yüksək hərarət, baş ağrısı, göz, əzələ və oynaq ağrıları, şişkin limfa düyünləri və xarakterik bir səpgi daxildir.
Denge xəstəliyi ən çox Asiya və Latın Amerikasında yayılıb. 2000-ci ildən bəri hadisələrin sayı iqlim dəyişikliyi, miqrasiya və urbanizasiya səbəbindən 8 dəfə artıb. 2022-ci ildə təxminən 4,2 milyon denge infeksiyası hadisəsi qeydə alınıb.
Hazırda Denge qızdırmasının ən böyük epidemiyası Banqladeşdədir. 2023-cü ildə ən azı 1000 insan xəstəlikdən ölüb. Bununla belə, Denge xəstəliyinin xüsusi müalicəsi yoxdur. Bu xəstəliyə qarşı peyvənd 6 yaşdan 16 yaşa qədər uşaqlar üçün hazırlanır. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












