Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydaları hazırlanacaq

Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydaları hazırlanacaq.
Avtosfer.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydalarını doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
-təhlükəli yüklərin hava yolu ilə daşınmasında iştirak edən personalın hazırlığının keçirilməsi qaydaları;
-hava gəmisinin sərnişin salonunda, yük və baqaj bölmələrində daşınmasına yol verilən təhlükəli yüklərin siyahısı.
Eyni zamanda Nazirlər Kabinetinə 9 ay müddətində hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilməsi qaydasını da hazırlamaq tapşırılıb.
apa
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












