Tehran Mənsimov anım günündə şəhidin ailəsinə zəng vurdu - Video

Bu gün Vətən müharibəsi şəhidi, XTQ döyüşçüsü Babək Mahmudlunun anım günüdür.
“Qafqazinfo” xəbər verir ki, anım mərasimində rayon rəsmiləri, şəhidin ailə üzvləri iştirak edib. Qəhrəman şəhidimizin yaşadığı evin qarışında vurulan xatirə lövhəsinin açılışından sonra onun məzarı ziyarət olunub.
Şəhidimizin anım günündə Babəkin komandiri, polkovnik Tehran Mənsimov da telefon bağlantısı ilə onun valideyinlərinə başsağlığı verib. Peşəkar snayperçinin rəşadətindən, igidliyindən geniş danışan polkovnik sonda “Hər kəs bilsin ki, Babək kişi oğlu kişi idi” deyib.
Qeyd edək ki, B. Mahmudlu 1995-ci il noyabrın 27-də Biləsuvar şəhərində anadan olub, ailənin yeganə oğul övladı olub. Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək müddətdən artıq hərbi qulluqçu kimi vətənə ximətini davam etdirib. Naxçıvandan döyüş meydanına könüllü olaraq yollanan Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanıb. O, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
B. Mahmudlu “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.



Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO












