"TEKNOFEST 2022"nin açılışı olub - FOTO - VİDEO

Bu gün Türkiyənin Samsun şəhərində Aviasiya, Kosmik və Texnologiya festivalı - "TEKNOFEST-2022"nin açılışı olub.
Avtosfer.az xəbər verir ki, festivalın açılışı Türkiyədə hər il avqustun 30-da qeyd olunan "Zəfər günü"nə həsr olunub. Sentyabrın 4-dək davam edəcək festivalda Azərbaycan da daxil olmaqla 100-dən çox ölkəni 150 mindən artıq komanda təmsil edəcək.
Açılış mərasimində Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar çıxış edib. S. Bayraktar çıxışında Azərbaycanla bağlı bunları deyib: "Biz mübarizə apardıqca, irəlilədikcə gözəl vətənimizə və qardaş Azərbaycana, məzlumların yaşadığı bütün coğrafiyalara günəş ən isti, ən aydın halı ilə doğacaq. Bu yolda məğlub olmaq yoxdur".
Qeyd edək ki, builki "TEKNOFEST"də elm adamları, nazirlər, T3 Vəqfinin İdarə Heyətinin sədri Haluk Bayraktar və çox sayda qonaqlar iştirak edirlər. Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, media nümayəndələri və başqaları təmsil olunurlar.
Festival çərçivəsində təşkil olunan sərgilərdə, tədbirlərdə, həmçinin "Take Off" Beynəlxalq Startap Sammitində iştirak pulsuzdur və hər kəs üçün açıqdır.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO













