Telefon mağazaları yeni fırıldaqlığa əl atıb - DİQQƏT - VİDEO

Mağazalar kredit problemi olan telefonları başqalarına satırlar. Bunun üstü 3-4 ay sonra açılır. Telefonun İMEİ kodu bağlanır və şəbəkəyə qoşulmur. Belə bir hadisə Oğuz sakini Rəşad Nəbiyevin başına gəlib. Rəşad Nəbiyev Bakıda metronun 20 Yanvar stansiyası yaxınlığında yerləşən bir mağazadan 170 manata telefon alıb. Bir neçə dəqiqə sonra telefonun işləmədiyini aşkarlayıb. O, telefonu qaytarıb və ona eyni telefonun yenisini təklif ediblər. Rəşad da buna razılaşıb və telefonu götürərək Oguz rayonuna qayıdıb. Lakin bir neçə ay sonra aldığı yeni telefonda da problem yaranıb. O, indi nə telefonu qaytara nə də pulunu ala bilir. Mağazadan onu müxtəlif bəhanələrlə yola salırlar.
Məlum olub ki, telefon satanlar müştərini aldadıb. Onlar kreditdə olan telefonu zəmanət kağızı ilə birlikdə Rəşada satıblar. Kredit ödənmədiyindən telefonun şəbəkəyə qoşulması da əngəllənib.
Mağazanın fırıldaqlığı isə zəmanət kağızına yazdığı iki İMEİ kodu ilə üzə çıxıb. Rəşad Nəbiyev isə çarəsiz qalıb.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












