Televiziyalarda qadınların nüfuzuna xələl gətirilir?

Efir məkanında televiziya verilişləri və yerli istehsal olunan seriallarda təqdim olunan qadın və kişi rollarına xüsusilə diqqət yetirmək vacibdir.
Avtosfer.az xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, "deyingən evdar qadın", "maddiyyatçı qadın", "avam qadın" obrazlarının hədsiz yer alması cəmiyyətdə qadın nüfuzuna xələl gətirir.
Eyni zamanda, güclü kişi obrazının məhz aqressivliklə eyniləşdirilməsi ictimai şüuru, xüsusilə formalaşma illərini yaşayan gənc ailələri yanlış yönləndirir, belə bir səhv təsəvvür formalaşdırır ki, aqressivlik, zorakılığa meyillik, ailə üzvlərinə təzyiq göstərmək xüsusiyyətləri güclü kişi obrazının mütləq tərkib hissəsidir.
Bildirilib ki, bu baxımdan, efir məkanında yeni yaradılan məzmunun qatı patriarxallıqdan uzaq olması zəruridir. Bunun üçün müvafiq məzmunu yaradan peşəkarların məhz gender həssaslığının artırılması üçün yuxarıda qeyd olunan tədbirlər vacibdir.
İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












