Təmir edilən yolda nişanlar yoxdur: sürücülər problem yaşayır - VİDEO

Uzun müddətdir təmirə dayanan Babək Prospektində heç bir yol nişanının olmaması sürücüləri çətin vəziyyətdə qoyub. Avtosfer.az xəbər verir ki, xüsusilə də döngələrdə bu, ciddi problem, hətta qəza riski yaradır. Təmir olunan yolda heç bir nişanın qoyulmaması sürücüləri çətin vəziyyətə salıb. Söhbət paytaxtda uzun müddətdir təmir olunan Babək prospektindən gedir. Problem xüsusilə də yolun dönmək üçün nəzərdə tutulan hissələrində daha qabarıq hiss olunur. Sürücülər deyirlər ki, nişanın olmaması yolda hərəkəti iflic edir. Bu problem xüsusilə də günün pik saatlarında yolun bu hissələrində uzun tıxaclara səbəb olur. Nişan olmadığından qarşılıqlı hərəkət düzgün nizamlanmır. Nəticədə isə yaranan mənzərə tez-tez qəzaların baş verməsinə səbəb olur. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirdilər ki, qurumun əməkdaşları əraziyə baxış keçirəcəklər və problemin həlli üçün dönmə yerinə müvəqqəti nişanlar qoyulacaq. (xezerxeber)
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












