Temperatur ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Xidmətdən Avtosfer.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dekabrın 24-ü axşamdan 25-i səhərədək qısamüddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dekabrın 25-i gündüz isə cənub küləyi arabir 15-18 m/s olacaq. Dekabrın 25-də gecə və səhər bəzi yerlərində arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısamüddətə sulu qarla qarışıq yağma ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.
Azərbaycanın rayonlarında dekabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur) yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 32-37 m/s-dək güclənəcəyi gözlənilir.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












