Tərkibində narkotik aşkarlanan "Haribo" Azərbaycana gətirilib? - RƏSMİ

Bəzi xəbər saytlarında Niderlandda "Haribo" marmeladlarında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb. Bu səbəbdən həmin məhsul partiyasının Niderlandda satışının qadağan edilməsi və geri çağrılması ilə bağlı yayılmış məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb".
Bu barədə Avtosfer.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentlik bildirib ki, uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb və bununla bağlı heç bir narahatlığa əsas yoxdur.
****
Dünyanın ən böyük qənnadı şirkətlərindən biri olan "Haribo" tərəfindən Niderlandda satılan bəzi məhsullarda narkotik maddə aşkarlanıb.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, onu yeyənlər özlərini pis hiss edib.
Məsələ ilə bağlı Niderland Ərzaq və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı (NVWA) araşdırma aparıb.
Müayinələrdə konfetlərdən götürülmüş nümunələrdə narkotik maddələrin olduğu təsdiqlənib. NVWA-nın sözçüsü, dərmanın indiyə qədər üç paketdə tapıldığını, lakin "Haribo"nun bütün məhsullarını geri çağırdığını söyləyib.
Bu paketlərin son istifadə tarixi 2026-cı ilin yanvarı olaraq göstərilib. İndiyə qədər nə qədər insanın təsirləndiyi məlum deyil.
Sözügedən məsələ ilə bağlı şirkət açıqlama verib. Şirkət yalnız Niderlanddakı məhsulların geri çağırıldığını, digər ölkələrdəki məhsulların təhlükəsiz olduğunu bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












