Terror aktları hazırlayan 33 nəfər saxlanılıb

Türkiyənin Baş Təhlükəsizlik İdarəsinin əməkdaşları ölkənin şimal-qərbində yerləşən Sakarya vilayətində martın 31-nə təyin edilmiş bələdiyyə seçkiləri ərəfəsində terror aktları hazırlamaqda şübhəli bilinən 33 nəfəri saxlayıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya “X”dəki hesabında yazıb.
"Sakaryada "İslam Dövləti" ekstremist qruplaşmasına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 33 şübhəli yaxalanıb. Onlar terror aktlarına hazırlaşır, bələdiyyə seçkiləri öncəsi terror aktları törətmək imkanlarını öyrənirdilər. Həmin şəxslər terrorizmin maliyyələşdirilməsi fəaliyyətləri kontekstində qruplaşma üçün maliyyə yardımı ilə məşğul oldular. Həmçinin müəyyən edilib ki, onlar qanunsuz mollaxanalar və mədrəsələr adı altında fəaliyyət göstəriblər", - nazir bildirib.
Reydlər zamanı polis dövlət qeydiyyatı olmayan silah-sursat, dörd tapança və iki ov tüfəngi götürüb. Külli miqdarda xarici valyuta, terror qruplaşmasının qadağan olunmuş materialları və daxili sənədlər də müsadirə edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












