Tərtərdə keçmiş arvadını boğub öldürən kişiyə hökm oxunub

Tərtərdə keçmiş arvadını boğaraq öldürməkdə təqsirli bilinən Səlim Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Səlim Əsədov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci il sentyabrın 6-da rayonun Şıxarx qəsəbə sakini Tağıyeva Röyalə Mirzə qızının yaşadığı evdə öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Tərtər rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla zərərçəkmişin keçmiş əri Əsədov Səlim Bəhrəm oğlunun Röyalə Tağıyevanın yaşadığı evə daxil olaraq sonuncunu heç bir əsaslı səbəb olmadan boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Səlim Əsədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi












