Ticarət gəmisinə raket atıldı

Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının üzvləri Qırmızı dənizdə ABŞ-yə aid olduğu müəyyən edilən “Pinocchio” ticarət gəmisinə hücum ediblər.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya husilərə məxsus “Əl-Masirah” telekanalında deyib.
“Yəmən hərbi-dəniz qüvvələri Qırmızı dənizdə əməliyyat keçirdilər və ABŞ-nin “Pinocchio” gəmisinə bir neçə gəmi əleyhinə raketlə hücum etdilər. Zərbə dəqiq oldu”, - deyə Sariya bildirib.
“Ənsar Allah” hərəkatının nümayəndəsi, həmçinin qeyd edib ki, husilər hərbi əməliyyatlarını genişləndirmək niyyətindədirlər.
“Marine Traffic” gəmi izləmə xidmətinin məlumatına görə, Liberiya bayrağı altında üzən “Pinocchio” konteyner gəmisi Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Süveyş kanalı limanlarından birinə doğru istiqamətlənib. Bu marşruta baxmayaraq, gəmi Ciddədən təxminən 40 km cənubda olub. Gəminin sahibi və operatoru haqqında xidmətin saytında məlumat yoxdur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












