Tikintidə tapılan avtomat polisə təhvil verildi - FOTO

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Şöbəsinə (PŞ) daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Şəki şəhər sakini Yaşar Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, onun üzərinə baxış zamanı 1 ədəd “Mararov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Y.Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 28-ci PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir nəticəsində isə paytaxt sakini olan daha bir nəfər Yasamal RPİ 28-ci PŞ-yə müraciət edərək tikinti işləri görən zaman tapdığı 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd sandıqca və 25 ədəd patronu könüllü olaraq təqdim etmək istədiyini bildirib. Silah-sursat həmin şəxsdən götürülüb. Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.


Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












