“TikTok” bu ölkəni məhkəməyə verib

ABŞ hökumətinin qəbul etdiyi yeni qərara görə, Çinin “ByteDance” holdinq kompaniyası “TikTok”u satışa çıxarmalıdır, əks halda, bu tətbiqin Birləşmiş Ştatlarda istifadəsinə qadağa tətbiq ediləcək. Kompaniya hesab edir ki, bu qərar söz azadlığının pozulmasıdır və Çin iqtisadiyyatına ziyan vurur. Bizim.Media xəbər verir ki, kompaniya amerikalı istifadəçilərin Çindəki serverdən ayrılmasına 1,5 milyard dollar xərcləməyə hazırdır, hətta ABŞ-ın “Oracle” şirkətinin onlara nəzarət etməsinə razı olub.
“ByteDance” holdinq kompaniyası bildirir ki, ABŞ-ın tətbiq etdiyi qadağa “TikTok”u proqram şifrinin “milyonlarla sətrini” yeni sahibinə təhvil verməyə məcbur edəcək.
Konqresin də təsdiq etdiyi bu qanun “TikTok”un 2025-ci il yanvarın 19-dək faktiki bağlanmasına səbəb olacaq və onun 170 milyon amerikalı istifadəçisini səs hüququndan məhrum edəcək.
Belə ki, platforma başqa resurslarda həyata keçirilməsi mümkün olmayan səviyyədə özünüifadə və ünsiyyət imkanları təqdim edir.
Bundan sonra “TikTok”un iddialarının nə dərəcədə əsaslı olduğunu və sözügedən qanunun söz azadlığına, habelə ABŞ Konstitusiyasına uyğunluğu məsələsini məhkəmə həll edəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












