"TikTok"a məhdudiyyətlər QOYULMALIDIRMI? - VİDEO

Milyonlarla istifadəçisi olan və ölkəmizdə də populyarlığını günü-gündən artıran “TikTok” sosial media tətbiqi ilə bağlı hər gün tükürpərdici xəbərlər yayılır.
Mütəxəssislər “TikTok” tətbiqinin zorakılıq, seksuallıq, narahatedici çılpaqlıq, narkotik istifadəsini təşviq edən, kiber təqib və cinsi sui-istifadə kimi hallarda təşviqedici rol oynadığını vurğulayırlar.
Xüsusən də son zamanlar valideynlərin canlı yayımda pul qazanmaq üçün uşaqlarından istifadə etməsi ciddi narahatlıq doğurur. Onlar pul qazanmaq üçün bəzi xoşagəlməz davranış nümunələri göstərir və milli-mənəvi və əxlaqi dəyərlərə məhəl qoymurlar.
Bu isə "TikTok"a məhdudiyyətlər qoyulmasını yenidən gündəmə gətirir.
Sosioloq Üzeyir Şəfiyev deyir ki, Çin özünün yaratdığı "TikTok"dan uşaqlarını qoruyur. Çində hətta böyüklər 22:00-dan sonra sözügedən platformaya daxil ola bilmirlər.
Sosioloq deyir ki, sosial şəbəkələrdən istifadə qaydası qanunvericiliklə tənzimlənməlidir.
Qeyd edək ki, Böyük Britaniya, Yeni Zellandiya, Danimarka, Əfqanıstan "TikTok"un dövlət elektron cihazlarında istifadəsini qadağan edib. İki gün öncə ABŞ Konqresi də "TikTok"u qadağan edən qanun layihəsi hazırladığını açıqlayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












