"Toplum TV"nin bəzi əməkdaşlarına ittiham elan edildi

"Toplum TV"nin əməkdaşlarının cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənlərdən Ələsgər Məmmədli və Akif Qurbanova ittiham aktını elan edib. Vaxt məhdudiyyətindən digər təqsirləndirilənlərə ittiham aktının elan edilməsi növbəti prosesədək təxirə salınıb.
Təqsirləndirilənlərdən Ələsgər Məmmədli, İzzət və Ruslan İzzətlinin vəkilləri müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün vəsatət veriblər.
Vəsatət əsassız olduğundan təmin edilməyib.
Növbəti proses iyunun 2-nə təyin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli, ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
İstintaq araşdırması zamanı "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli, redaktor Müşfiq Cabbarov, "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalov, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Ramil Babayev, İlkin Əmrahov, Şahnaz Bəylərqızı məsuliyyətə cəlb olunublar.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












