"Toplum TV"nin əməkdaşları hakim qarşısına çıxarıldılar

"Toplum TV"nin əməkdaşlarının cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.
Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin vəkilləri müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.
Məhkəmə müdafiə tərəfin prosesdə tam iştirak etməməsini nəzərə alaraq cinayət işinin məhkəmə baxışına verilməsi təxirə salınıb.
Hakimlər qısa müşavirədən sonra vəkillərin vəsatətlərini təmin etməyib.
Daha sonra təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Növbəti proses aprelin 24-nə təyin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
İstintaq araşdırması zamanı "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli, redaktoru Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalov, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Ramil Babayev, İlkin Əmrahov, Şahnaz Bəylərqızı məsuliyyətə cəlb olunublar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












