Tovuzda Bələdiyyə nümayəndəsi möhürü atdı, işə polis qarışdı - FOTO+VİDEO

Tovuz rayon sakinləri və bələdiyyə nümayəndəsi arasında gərginlik yaşanıb.
Belə ki, rayonun İbrahimhacılı kəndinin sakinləri iddia ediblər ki, öz vəsaitləri hesabına əkin yerlərini suvarmaq istəsələr də, kəndin su mənbələrini əhatə edən torpaqlar qanunsuz yollarla satılıb.
Kənd sakinlərinin etirazı nəticəsində bələdiyyə sədri Zeynalov Qələndəri əvəz edən Aynurə Tağıyeva möhürü kənd ərazisinə atıb. Nəticədə kənddə gərginlik yaşanıb və polis işə qarışıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, baş verən məsələ ilə bağlı Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi kəndə gəlib:
“İctimai asayiş təmin olunub. Möhür kənd ərazisində atılan yerdən götürülüb, Tovuz Rayon İcra Hakimiyyətinə təhvil verilib. Bələdiyyə nümayəndəsi olan xanım rayon İH-ə dəvət olunub.
Vətəndaşlarla profilaktik söhbətlər aparılaraq, onlara müvafiq orqanlara müraciət etmək tövsiyə olunub. Kənddə insident baş verməyib”.
Faktla bağlı araşdırmalar aparılır.

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












