Tovzuda narkokuryerlik edən şəxslər tutulub - FOTO - VİDEO

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Tovuz rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakinləri Vüqar Məmmədov və Etibar Zeynalov Tovuz rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında respublikanın digər şəhər və rayonlarına aparmağa razılaşıblar. Saxlanılan zamanı Etibar Zeynalova məxsus avtomobilə baxış keçirilən zaman müxtəlif bağlamalarda ümumi çəkisi 3 kq olan narkotik vasitə-marixuana aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO














