"Tülin özü də bilir ki, o şəkil montaj deyil" - Kikboksçudan AÇIQLAMA

"Tülin Ələkbərova iki il öncə heç bir şəxsi tanışlığım olmamağına baxmayaraq, məni ölüm həddinə çatdırmışdı".
Avtosfer.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında kikboksçu Aysu Qəhrəmanova həmkarı Tülin Ələkbərova ilə arasında yaşanan mübahisəyə aydınlıq gətirərkən deyib.
O bildirib ki, iki il öncə Tülin Ələkbərova onun zalda videosunu çəkərək sosial şəbəkədə paylaşıb, şərəf və ləyaqətinə toxunub:
"İki il əvvəl mən zalda olanda Tülin Ələkbərova sparring məqsədilə video çəkib, lakin bunu sosial şəbəkədə tamam başqa cür istifadə edib. Mənim şərəf və ləyaqətimi alçaldıb. Videonun silinməsi üçün ailəm dəfələrlə xanıma yazıb, amma o, valideynimə də qeyri-etik cavablar verib. Mən o vəziyyətdə idim ki, evdən çölə belə çıxa bilmirdim. Çöldə olanda hər kəs mənə deyirdi ki, sən Tülinin döydüyü qız deyilsən, hələ də yaşayırsan? Bu tip ifadələr ilə məni alçaldırdılar. Mən, hətta intihara da cəhd etmişəm. Bədənimdə xəsarətlərim var. Əsəblərim pozulduğuna görə müalicə aldım. Bundan sonra epilepsiya xəstəliyi tapdım. Xanıma etdiyim xəbərdarlıqlara baxmayaraq, o videonu silmədiyi üçün Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə şikayət etdim. O dedi ki, silirəm və bir də paylaşmayacağam. Lakin o yenə də mən hər yarışda döyüşüb udanda həmin videonu paylaşırdı. Üzərində "özündən zəifi vurub paylaşmaqla deyil, gücün çatırsa, mənə çatsın. Gəlin bunu buradan aparın, ayaq üstə dura bilmir" tipli yazılar yazırdı. Mən isə onun acığına elə bir şəkil paylaşdım".
Aysu Qəhrəmanova qeyd edir ki, paylaşdığı şəkil fotomontaj deyil:
"O şəkil montaj deyil, bunu özü də bilir, sadəcə özünə haqq qazandırmaq üçün belə bir açıqlama verib. O foto montaj olsaydı, heç vaxt səviyyəmi salıb paylaşmazdım".
O, həmçinin əlavə edib ki, heç bir tanışlığı olmadan mübahisəni ilk Tülin Ələkbərova başladıb:
"Onunla heç bir problemim, tanışlığım yox idi, mənə sataşmağa başladı. İki il ölüm həddinə çatdım, dəfələrlə intihara cəhd etdim. Anam gecələri yatmayıb mənim başımda dururdu ki, özümə xəsarət yetirməyim".
Xatırladaq ki, ötən gün Tülin Ələkbərova açıqlama verərək Aysu Qurbanovanın onun şəklini montaj edərək qeyri-etik formada paylaşdığını söyləmişdi.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










