Tur şirkətindən bilet aldı, saxta çıxdı: 3 aydı…

Sumqayıt şəhər sakini Elvin Mustafayev “Sultan Travel” şirkətinin dələduzluğuna məruz qalıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo” ya müraciət edən şikayətçi bildirib ki, ötən ilin dekabrın 23-də 600 manat ödəyərək İstanbula 3 bilet alıb: “Şirkət haqqında feysbukda məlumat aldım. Qeyd olunan əlaqə telefonu vasitəsilə Hüseyn adlı şəxslə danışdıq. Aprelin 10-u gediş, 15-i isə qayıdış üçün bilet istədik. Hüseyn adlı şəxslə görüşdük. O, bizə iki bilet verib, qalan bir bileti səhəri gün verəcəyini dedi. Bu zaman biz biletlərin saxta olmasından şübhələndik. Yanvar ayında bu barədə Yasamal rayon 27-ci polis bölməsinə ərizə ilə müraciət etdik. Hüseyn bölmədə dindirilərkən biletlərin saxta olduğunu yazılı şəkildə etiraf etdi. Bizə dəymiş ziyanı ödəyəcəyini bildirsə də, üstündən 3 ay keçməsinə baxmayaraq pulumuzu qaytarmır. Nə polis bölməsinin müstəntiqi, nə də ki, həmin şəxs telefonlarımıza cavab verir”.
Qeyd edək ki, sosial şəbəkədə qeyd olunan (055-506-51-52) nömrəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmayıb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












