Türkiyə-Bolqarıstan sərhədi yağış suları altında qaldı: Gediş-gəliş dayandırıldı - VİDEO

Bolqarıstanda və Türkiyənin Ədirnə şəhərində güclü leysan səbəbiylə daşqınlar baş verib.
Ədirnənin Bolqarıstanla sərhəd bölgələrinə təsir edən şiddətli yağış səbəbi ilə həm Bolqarıstan gömrüyü, həm də Ədirnənin Kapıkule Gömrüklərini sel suları basıb.
Gündəlik alış-veriş üçün Ədirnəyə gələn bolqarlar və yaşadıqları ölkələrinə qayıtmaq üçün Kapıkule platformalarında növbə gözləyən xarici vətəndaşlar sel səbəbi ilə maşınlarında qalıblar.
Yağış hər keçən dəqiqə artdıqca gömrük ərazisində suyun hündürlüyü 30 santimetri keçib. Maşınları su ilə dolu olan vətəndaşlar isə avtomobillərin üzərinə çıxaraq kömək gözləyiblər.
Gömrüyə çoxlu sayda polis və xilasedicilər cəlb edilib. Vətəndaşlar təxliyyə edildikdən sonra gömrük ərazisində yığılan suyun boşaldılmasına başlanılıb.
Ərazidə yaranan gölməçələrə görə xaricə çıxış mümkün deyil. Bolqarıstan gömrüyündə daşqın səbəbindən nəqliyyat vasitələrinin qəbulu dayandırılıb. Bolqarıstanda gömrüyə yaxın bir çox küçə və yol sel səbəbi ilə nəqliyyata bağlanıb.
İnsanlar Kapıkuledə gözləməyə davam edirlər.
oxu.az
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












