Türkiyə “Ertuğrul Qazi” LNG gəmisini bu həftə təqdim edəcək

Türkiyə bu həftənin cümə günü “Ertuğrul Qazi” mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmisinin rəsmi təqdimat mərasimini keçirəcək.
Avtosfer.az “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.
Onun sözlərinə görə, Hatay şəhərinin Dörtyol bölgəsində baş tutacaq təqdimat mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da iştirak edəcək.
Nazir həmçinin qeyd edib ki, Türkiyə may ayı ərzində günəş enerjisindən 1 468 QVt/saat elektrik enerjisi istehsal edərək aylıq istehsal rekordunu vurub.
Qeyd edək ki, LNG saxlanılması və yenidənqazlaşdırması gəmisi bu növ qazın su yolu vasitəsilə tranziti və daşınması zamanı tələb olunan vacib komponentdir. Bu tip gəmilərdə LNG -160 dərəcə temperaturda yarı soyudulmuş qatı maye halında tələb olunan yerə çatdırılır. LNG sonradan qızdırılaraq əvvəlki qaz halına gətirilir və anbar sistemlərinə vurulur.
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək












