Türkiyə HDQ üçün inşa edilən “Derya” gəmisinin tikintisi tam sürətlə davam edir

Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək “Derya” gəmisinin tikintisi tam sürətlə davam edir. Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir özünün “Twitter” hesabında məlumat yayıb.
Platforma Dəniz Təchizatı Döyüş Dəstək Gəmisi (DIMDEG) Layihəsi çərçivəsində inşa edilən ilk gəmidir.
İsmayıl Dəmir gəminin 2023-cü ildə inventarda yer alması üçün işlərin davam etdiyini bildirib.
“TCG Derya”nın 2024-cü ilin aprel ayında təhvil verilməsi planlaşdırılsa da, müqaviləyə əsasən təslimat 27 sentyabr 2023-cü il tarixinə nəzərdə tutulub.
DIMDEG ən azı dörd gəminin ehtiyatını (qida, su, tibbi ləvazimatlar, yanacaq, sursat və s.) sahil dəstəyi olmadan həyata keçirə biləcək. DIMDEG, həmçinin müəyyən səviyyədə gəmilərə və insanlı və insansız suüstü və sualtı vasitələrə, helikopterlərə və PUA-lara texniki qulluq və təmir işlərinə dəstək verəcək.
ordu.az
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












