Türkiyə milli hibrid raket istehsal etmək istəyir

Türkiyə hökuməti ölkədə milli hibrid raketin istehsalına başlanılması ilə bağlı müzakirələr aparır.
Avtosfer.az xəbər verir ki, bunu Türkiyənin Sansun şəhərində keçirilən "Teknofest Karadeniz" Aerokosmik və Texnologiya Festivalının açılış mərasimində çıxış edən ölkənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.
"Əgər vaxtilə ilk bayraq ipini hazırlamağımız qəzetlərdə manşet idisə, indi biz vətəndaşlarımızı kosmosa çıxaracaq ilk milli hibrid raketin hazırlanmasını müzakirə edirik", - deyə o, qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, "Teknofest"ə müraciətlərin sayı getikcə artır: "İlk "Teknofest"də iştirakçı sayı 250 min nəfər idi. Amma bu gün bu festivalda iştirak etmək üçün müraciət edənlərin sayı 600 mini ötüb. Bu böyük uğur alqışlanmağa layiqdir. Festivala Türkiyənin 81 vilayətindən və 107 ölkədən iştirakçılar qatılıb".
"Report"
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












