Türkiyə MN: Azərbaycanın əks-həmlə əməliyyatı uğurla davam edir

"10 oktyabrda elan edilən humanitar atəşkəsə baxmayaraq, Ermənistan silahlı qüvvələri birbaşa olaraq Azərbaycanın yaşayış məntəqələrini və mülki vətəndaşları atəşə tutmaqda davam edir”.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin gündəlik mətbuat brifinqində bildirilib.
"Ermənistanın qadağan olunmuş silahlardan istifadə edərək günahsız mülki əhalini, yaşayış məntəqələrini atəşə tutması açıq-aşkar müharibə cinayətidir. Ermənistan bu hücumları ilə bölgədə sülh və sabitliyin önündə ən böyük əngəl olduğunu bir daha nümayiş etdirdi. Bölgədə sülhün əldə edilməsi üçün Ermənistan əcnəbi terrorçuları və muzdlu əsgərləri geri göndərməli, hücumlara və qanunsuz işğala son verməlidir. Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq, vətən torpaqlarını erməni işğalından azad etmək məqsədilə başlatdığı əks-həmlə əməliyyatı uğurla davam edir. Türkiyə və Azərbaycan arasında münasibətlər həqiqi qardaşlıq münasibətləridir. Bu qardaşlıq bizim üçün vazkeçilməzdir. Haqlı davasında bundan sonra da Azərbaycanın yanında olacağıq”, - deyə qeyd olunub.
Nərminə
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












