Türkiyədə azərbaycanlı yutuber haqqında həbs qərarı çıxarıldı - VİDEO

Türkiyənin İstanbul şəhərinin Bağcılar səmtində su satan uşaqla bağlı çəkdiyi video kəskin reaksiyalara səbəb olan azərbaycanlı yutuber Fariz Baxşəliyev haqqında məhkəmə saxlanılma qərarı çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, bundan əvvəl çəkdiyi sözügedən videonun qurama olduğu müəyyənləşdirilən yutuberin “xalqı kin və düşmənliyə təhrik və ya alçaltma”ğa görə 1,5 il həbsi tələb edilmişdi.
Bakırköy Cəza Məhkəməsində keçirilən prosesə müttəhimin vəkili qatılıb.
“O, ölkə xaricində də fəaliyyət göstərən bir yutuberdir. Ən azından xaricdəki çəkimlərini yerinə yetirməsi üçün haqqındakı tədbirlərin ləğvini tələb edirik. Nəticədə, anası Türkiyə vətəndaşıdır”.
Məhkəmə cəlbindən yayındığı üçün izahatı alınmayan Fariz haqqında həbs qərarı çıxarıb. Vəkilin tələbi isə rədd edilib.
Qeyd edək ki, sözögedən videoda salfet və su satan səkkiz yaşlı uşağın yanına gələn yutuber Fariz Baxşəliyev ac olduğunu bildirərək, uşaqdan kömək istəyib.
Videonun yayılmasından sonra hərəkətə keçən İstanbul Təhlükəsizlik Müdirliyi Uşaq Şöbəsinin axtarışları nəticəsində videonun uydurma olduğu üzə çıxıb. Bakırköy Baş Prokurorluğu azyaşlı uşağı istifadə edərək videoya çəkən və sosial media hesabında paylaşan Fariz Bəxşəliyev haqqında istintaq başladıb.
Azyaşlı uşağın anası isə bildirib ki, Fariz onun böyük oğlunun dostu olub və kiçik oğlunu da əyləncəli bir videoya çəkəcəyini bildirərək onları aldadıb.
Qeyd edək ki, Farizin Yutubda 600 minə yaxın izləyicisi var. Sözügedən video bu ilin yanvarında çəkilib.
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək












