Banner

Türkiyədə saxlanılan rus cəsusların gizli planları ifşa oldu

Xəbərlər 2 Noyabr 2021 17:34 Oxunub 854
Türkiyədə saxlanılan rus cəsusların gizli planları ifşa oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyədə ötən həftə saxlanılan rus cəsuslarının planı bəlli olub.

Sfera.az-ın məlumatına görə, cəsusların Türkiyədə çeçen müxalifət nümayəndələrindən birinə sui-qəsd planlaşdırdığı ortaya çıxıb. Onlar sözügedən şəxsi izləyərək fotolarını çəkiblər. Həmin adamın "Əbdülhakim” adlı çeçen müxalifi olduğu bildirilib. 

Eyni zamanda məlum olub ki, cəsuslar əldə etdikləri faktlar və sənədlər əsasında hərəkət ediblər, təlimatlandırıldıqları xarici dövlətə və ya kəşfiyyat bölməsinə məlumat ötürməyi düşünüblər.

 

 

Rusiya Federasiyası hesabına çalışan, 4-ü rus, biri ukraynalı, biri özbək olmaqla 6 cəsus şəbəkəsinin lideri Bislan Rasaev olub və o, sui-qəsd təlimatını iki nəfərdən alıb. Qeyd edilib ki, bunlardan biri İnterpol tərəfindən axtarışa verilən Çeçenistanın rəhbəri Ramzan Kadırovun əmisi oğlu, Dövlət dumasının deputatı Adam Delimxanov idi. İkinci ad isə məhz Delimxanovun sui-qəsdlərdə subpodratçı kimi istifadə etdiyi və 2004-cü ildən Avropada dissident çeçen vətəndaşlarına qarşı 4 sui-qəsd təşkil edən Kazbek Dukuzov olub.

 

Rasayevin sui-qəsd cəhdlərində istifadə olunacaq silah və sursatları DEAŞ üzvü və qanunsuz silah qaçaqmalçılığı ilə məşğul olduğu üçün mühakimə olunaraq cəzalandırılan "Abubekir” kod adlı Abdula Abdulayevdən almağı planlaşdırdığı müəyyən edilib. Şübhəlilərin evlərində edilən araşdırmalarda lazer, səssiz silahlar və məsafə ölçmə özəlliyi olan durbin tapılıb. Səssiz silah Abdulayevin evindəki hamamın tavanında yerləşən gizli kupedən çıxıb.

 

 

İstanbul Baş Prokurorluğu və Terrorla Mübarizə Şöbəsi şübhəlilər barədə istintaq işi başladıb. Məlumata görə, ilk növbədə, Rasayevi silah və sursatla təmin edən Abdulayev və onu müşayiət edən Əmir Yusupov, Rəvşən Əhmədov və əlaqəli iki şəxsin qaldığı yerlər müəyyənləşdirilib. Rasayevin Antalyada qalması ilə bağlı kəşfiyyat məlumatı olsa da,  dəqiq yeri müəyyən olunana qədər əməliyyata başlanılması düşünülməyib. Onun eyni gündə birdən çox otel dəyişdirdiyi və tutulmamaq üçün tez-tez ünvanını dəyişdiyi müəyyən edilib. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh