Türkiyədən Pakistana üçüncü yardım qatarı yola salınıb

Pakistanda meydana gələn sel və daşqın fəlakətində zərər çəkən, evsiz qalan insanlara Türkiyənin humanitar yardımı davam edir.
Avtosfer.az xəbər verir ki, Türkiyənin üçüncü “Yaxşılıq Qatarı” Ankaradan yola düşüb. Humanitar yardım qatarının 5-6 gün ərzində təbii fəlakət bölgəsində olacağı bildirilir. Qatarı təşkil edən 25 vaqona 421 ton humanitar yardım yüklənib.
Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sel fəlakətinin baş verdiyi Pakistana səfər ediblər.
Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) koordinasiyalığı əsasında Türkiyədən göndərilən qardaş yardımı təyyarələrlə də daşınır. İndiyədək 15 yük təyyarəsi zəruri yük göndərilib.
AZƏRTAC
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












