Türkiyəli ekspert: “Ermənistanda uşaqları terror təşkilatına cəlb edirlər”

“Ermənistanda uşaqlar terror təşkilatına cəlb olunurlar”.
“Report” xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Deniz Atasoy Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunmuş beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.
Ekspert qeyd edib ki, dünya gözlərini haqsızlığa qarşı yumur.
O bildirib ki, ermənilər daim terrorçulardan geniş istifadə ediblər:
“Onlar bunun üçün müxtəlif terror təşkilatları ilə işləyirlər”.
Ekspertin sözlərinə görə, bu gün terrorizm dünyada geniş yayılıb:
“Bu məsələ beynəlxalq təhlükəsizliyə təhdid yaradır. Ona görə də terrorizmə qarşı ciddi mübarizə aparılmalıdır”.
D.Atasoy qeyd edib ki, terrorizm hər ötən gün güclənir: “Məsələn, VOMA Ermənistanın terror təşkilatıdır. 2014-cü ildə yaradılıb. Bu təşkilatın terror təşkilatı olduğunu qəbul etməyimiz üçün kifayət qədər dəlil var. Yəni onun sırf humanitar xarakterli olduğuna dair iddialar əsassızdır”.
Ekspert vurğulayıb ki, bu təşkilatın fəaliyyətində Azərbaycan və Türkiyəyə qarşı aqressiya xüsusi yer tutur: “Uşaqların təşkilata cəlb olunması sosial mediada manipulyasiyalar vasitəsi ilə aparılır”. (oxu.az)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












