Türkiyənin hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil olub

Türkiyə Hərbi Dəniz Donanmasının "TCG YILDIRIM F-243 freqat Gürcüstanın ərazi sularına daxil olub.
Bu barədə Gürcüstanın Daxili İşlər nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Batumi limanında lövbər atmış hərbi gəminin heyətini Gürcüstan DİN-in Sahil Mühafizəsi Departamentinin direktoru, birinci dərəcəli kapitan Ramaz Papidze, Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze, eləcə də Batumi meri Arçil Çikovani qarşılayıb. Hərbi gəminin qarşılanması mərasimində Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay da iştirak edib.
Səfərin məqsədinn NATO proqramı çərçivəsində Gürcüstan Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin “Oçamçire” və “Dioskuriya” gəmilərinin ikinci səviyyəli özünüqiymətləndirməsini keçirmək olduğu bildirilib.
Qeyd olunub ki, Türkiyə hərbi gəmisi Batumi limanını martın 10-da tərk edəcək. (APA)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












