Türkiyənin ilk astronavtı Yerə qayıdır - CANLI YAYIM

Türkiyənin ilk astronavtı Alper Gezeravcı kosmosda 18 gün qaldıqdan sonra Yerə qayıdır.
Qeyd olunur ki, tərkibində Gezeravcının da olduğu “Ax-3” komandası fevralın 7-də saat 17:05-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.
“SpaceX”in “Dragon” kosmik gəmisi ilə orbitə çıxarılan komanda, təxminən 12 saat davam edən dönüş səfərinin sonunda ABŞ-nin Florida ştatında Atlantik okeana eniş edəcək.
Gezeravcı və komanda yoldaşları BKS-də müxtəlif elmi təcrübələr, təlimlər və mədəni tədbirlər həyata keçiriblər. O, kosmosda Türkiyə bayrağını qadıraraq tarixi anlar yaşadıb. Kosmosda türk qəhvəsi, lokum və paxlava kimi yeməklərin dadına baxıb. Kosmik stansiyadan canlı yayımlarda Gezeravcı Türkiyədən gələn sualları cavablandırıb və kosmosdakı həyatından danışıb. (oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












