Tutulan qadın narkobaron vəzifəli şəxsin katibəsi işləyibmiş - FOTO

Bakıda keçirilən əməliyyat nəticəsində saxlanılan qadın narkobaron haqqında maraqlı faktlar üzə çıxıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hotellərdə gecələyərək izini itirməyə çalışan Gülnar Əhmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O, daha əvvəl Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyevin katibəsi olub.
2015-ci ildə G.Əhmədovanın Şirvan və Hacıqabulda imkanlı şəxslərlə görüşərək onların görüntülərini çəkməsi və sonradan digər 2 nəfərlə birgə həmin şəxsləri bu videolarla şantaj etməsi üzə çıxıb. O vaxt Gülnar Əhmədova və onunla əlbir olan şəxslər barəsində cinayət işi açılıb, həmçinin o, katibə işlədiyi idarədən kənarlaşdırılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, G.Əhmədova Nəsimi rayonunda izini itirmək məqsədi ilə hotel otaqlarında gecələyirmiş. Onunla birgə narkokuryerliyə cəlb etdiyi şəxslər də saxlanılıb.
G.Əhmədovanın Nəsimi rayonunda yerləşən hotellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı 2 kiloqrama yaxın heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb. Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən hotellərdə gecələdiyini bildirib.
Hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
“Qafqazinfo”




Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












