Üç avtobusun hərəkət sxemi dəyişdirilir

Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında (Albert Aqarunov küçəsi) aparılacaq təmir işləri ilə əlaqədar fevralın 1-dən sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyətlə əlaqədar 17, 24 və 211 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Dəyişikliyə əsasən, 17 nömrəli marşrut Əhməd Rəcəbli dairəsinədək, 24 nömrəli marşrut “Nəriman Nərimanov” metrostansiyasınadək, 211 nömrəli marşrut isə alternativ olaraq Əhməd Rəcəbli küçəsi, Ziya Bünyadov prospekti, Azad Hümbətov və Zaur Nudirəliyev küçələrindən keçməklə fəaliyyət göstərəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












