ÜGT Siyasi Komissiyasının sessiyası keçirilib - FOTO

İyunun 21-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının iki günlük sessiyası öz işinə başlayıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a bildirilib ki, onlayn formatda keçirilən sessiyada Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ÜGT Şurasının Avropa Regionu üzrə sədr müavini qismində iştirak edib. Sessiyanın açılışında çıxış edən ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə iclasda müzakirə olunacaq məsələlər barədə məlumat verib, daha sonra isə təşkilatın baş katibi Kunio Mikuriya ÜGT-nin strateji planının icrasına dair tərəqqi hesabatını təqdim edib. Sessiyanın birinci iş günündə, eyni zamanda özəl sektor məşvərət qrupunun hesabatı, ÜGT-nin COVİD-19 fəaliyyət planı, elektron ticarət paketi ilə bağlı müzakirələr aparılıb. Çıxış edənlər COVİD-19 pandemiyası dövründə beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasında, pandemiya ilə mübarizə çərçivəsində dərman vasitələri və tibbi ləvazimatların sürətli şəkildə çatdrılmasında gömrükçülərin xüsusi rol oynadığını vurğulayıb, təşkilatın gələcək strategiyası, prioritet sahələrin inkişafına dair fikir və rəylərini bildiriblər. Tədbirin ikinci günündə isə ÜGT-nin 2021-2022-ci illər üzrə strateji planı, cari il üzrə vəziyyətin qiymətləndirilməsi, ÜGT-nin biznesin davamlılıq planı,gender bərabərliyi, idarəçilik və s. məsələlərin müzakirəsi nəzərdə tutulur.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO















