Ukrayna əlavə olaraq 30 ədədə qədər HIMARS ala bilər

Ukrayna ABŞ və digər Qərb ölkələrindən daha bir neçə HIMARS raket kompleksi ala bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Adam Smit bildirib.
Onun sözlərinə görə, Vaşinqton bacardığı qədər HIMARS verməyə hazırdır.
"Düşünürəm ki, indi məqsəd 25-30 reaktiv yaylım atəşi sistemlərinin sayına çatmaqdır. Bu, HIMARS və Böyük Britaniya və digər ölkələrdən bir neçə MLRS sistemlərinin birləşməsindən ibarət olacaq", - Smit deyib.
O, qurğunun sayının 50 və ya 60-a çatmasının çətin olacağını, lakin 25 və ya 30-un real rəqəm olduğunu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Prezident Volodimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyətinin Ukraynaya səfər etdiyini açıqlayıb.
"Report"
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











