Universitetin həyətində tunel qazdıran xoş niyyətli rektor - FOTO

Təcrübə keçdiyim xarici ali məktəblərdə məni həm də bir məsələ maraqlandırıb: necə olur ki, on minlərlə tələbənin təhsil aldığı xarici universitetlərdə tənəffüs vaxtı dəhlizlərdə izdiham olmur, dərs başa çatdıqda küçələrdə hərəkət iflic olmur?
Əslində əksər ölkələrdə prinsip eynidir: məktəblər dərsin başlama və bitmə saatlarını təyin etməkdə sərbəstdir (90 dəqiqəlik akademik saata riayət etmək şərti ilə). Bir sözlə, sovetə məxsus birinci və ikinci növbə kimi sərt bölgülər yalnız bəzi sovet respublikalarında qalıb (axı 2024-cü ildə nə üçün bir qrupun dərsini başqa növbəyə (nulovka – dan.) salmaq üçün dekan mütləq rektordan icazə almalıdır? – müəl.). Tələbələrin fərqli saatlarda məktəbə getməsi nəqliyyatı işini də yüngülləşdirir.
Ötən həftə baş çəkdiyim Qalatasaray Universitetində maraqlı bir təcrübəyə şahid oldum: Universitetin korpusları sıx hərəkət olan Çırağan prospektinin sağ və sol tərəfində yerləşir. Türk həmkarlarımın dediyinə görə, hər gün sahildəki binalara və əksinə keçən tələbələr yolda hərəkəti çətinləşdirərək tıxaca səbəb olurmuş. Rektor məsələni ictimailəşdirdikdə vəziyyətdən çıxış yolunu tapılır.
Məktəbin keçmiş tələbələrindən biri binalar arasında əlaqə qurmaq üçün yolun altından keçid tikməyi təklif edir. Təklif qəbul edilir və işə başlanır. Tikinti işlərini Qalatasaray Futbol Klubunun o vaxtkı rəhbəri Səlahəddin Bəyazid maliyyələşdirir.
Kifayət qədər sadə quruluşa malik keçid müəllim və tələbə kontingenti üçün bir binadan digərinə hərəkət zamanı küçəyə çıxmaq, hərəkətli yolu keçmək zərurətini aradan qaldırdı. Ən əsası, on minlərlə tələbənin yoldan kənarlaşdırılması küçədə həm nəqliyyatın hərəkət sürətini artırdı, həm də piyadavurmaları minimuma endirdi.
Digər məktəblərin təcrübələri növbəti yazıda.
Vüqar
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















