“Uşaqlar yol hərəkət qaydalarını necə bilirlər?” mövzusunda intellektual yarış keçirilib - FOTO

“Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə 260 nömrəli tam orta məktəbdə “Uşaqlar yol hərəkət qaydalarını necə bilirlər?” mövzusunda intellektual yarış keçirilib.
Məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq və onların yeni biliklər öyrənməsini təmin etməkdir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Pərvanə Muradova və “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin şöbə müdiri Fəridə Süleymanova yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, məktəb ərazilərində yol hərəkəti qurbanlarının azalması məqsədilə görülən işlərdən danışıblar. Uşaqlara mövzu ilə bağlı videoçarx nümayiş olunub, səhnəciklər göstərilib.
Tədbir zamanı mövzu ilə bağlı yarış keçirilib. Yarışın münsiflər heyəti Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Pərvanə Muradova, Mərkəzin metodisti Sevda Əsgərova, polis kapitanı Yaşar Musayev olub.
Məktəbin şagirdlərindən və “Məntiqi riyaziyyat” dərnəyinin üzvlərindən təşkil olunmuş 5 komanda arasında keçirilən yarışda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb. Yarışın nəticələrinə görə “Piyadalar” komandası I, “Yaşıllar” komandası II, “Sürücülər” komandası III yeri tutaraq “Diplom”la, fəal iştirak edən digər komandalar və Mərkəzin 260 nömrəli məktəbdə fəaliyyət göstərən “Xalq folkloru” və “Təsviri sənət” dərnəklərinin üzvləri təqdim etdikləri şeir,mahnı və rəsmlərə görə “Təşəkkürnamə” ilə təltif olunublar.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Pərvanə Muradova, Xətai rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru, polis kapitanı Yaşar Musayev 260 nömrəli tam orta məktəbin direktoru Kəmalə Quliyeva, direktor müavinləri, “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin əməkdaşları, müəllimlər, uşaqlar(150 nəfərə yaxın) və valideynlər iştirak edib.
Sonda 260 nömrəli tam orta məktəbin rəhbərliyi yarışın təşkilatçılarına təşəkkürünü bildirib.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ












