ÜST Avropada ən sürətlə artan İİV epidemiyasını elan etdi

“Avropada dünyada ən sürətlə yayılan İİV epidemiyası (İnsanın İmmunçatışmazlığı Virusu) müşahidə edilir, baxmayaraq ki, regionda xəstəliklə mübarizə aparmaq üçün bütün vasitələr mövcuddur”.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional bürosunun direktoru Hans Kluge məlumat verib.
“Avropa regionunda insanların 50 faizində diaqnoz gec qoyulur. İnsanlar tibbi yardıma çox gec müraciət edirlər. 10 ildir ki, bu tendensiya dəyişmir. Regionumuzun bir sıra ölkələrində ölüm göstəriciləri qəbuledilməz dərəcədə yüksəkdir, digərlərindəisə İİV-ə yoluxma demək olar ki, tamamilə dayandırılıb”, - deyə o, bildirib.
Kluge qeyd edib ki, ÜST-nin Avropa Regionunda diaqnostika, müalicə və yoluxmanın qarşısını almaq üçün mövcud resurslar və texnologiyalarla heç kimdə İİV inkişaf etməməli, xüsusən də, heç kim bu xəstəlikdən ölməməlidir.
ÜST-nin Avropa Bürosunun rəhbəri qeyd edib ki, əgər 1988-ci ildə ilk dəfə Ümumdünya İİV-lə Mübarizə Günü keçirilən zaman bu xəstəliyə yoluxma diaqnozu ölüm hökmü ilə bərabər idisə, bu gün tibbin nailiyyətləri sayəsində virus xroniki xəstəliyə çevrilib.
Qeyd edək ki, hər il dekabrın 1-də Ümumdünya İİV-lə Mübarizə Günü qeyd olunur. (oxu.az)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












