ÜST rəhbəri: “Yer kürəsində yeni təhlükəli virus, pandemiya yaranacaq”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb.
TED.az xəbər verir ki, bu barədə o, Romada G20-nin maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib.
ÜST rəhbəri bildirib ki, Yer kürəsində başqa bir virusun yayılmasının qarşısını almaq qeyri-mümkündür və bioloji baxımdan danılmazdır.
“Bu pandemiyaya son qoysaq belə, onun bizə öyrətdiyi dərsləri öyrənməli və növbəti pandemiyaya hazırlaşmalıyıq”, - ÜST rəhbəri bildirib.
"Bioloji nöqteyi-nəzərindən nə vaxtsa başqa bir virusun olacağına heç bir şübhə yoxdur, biz sadəcə onun qarşısını ala bilməyəcəyik", - əlavə edib.
Qebreyesusun fikrincə, yüksək səviyyəli təhdidlər onlara qarşı mübarizə aparmaq üçün yüksək səviyyəli siyasi iştirak tələb edir. O, bununla əlaqədar G20-ni pandemiyaya hazırlığa, ona cavab tədbirləri ilə bağlı hüquqi cəhətdən məcburi beynəlxalq sazişin bağlanmasını dəstəkləməyə çağırıb. Bu məsələ ilə bağlı qərarın Ümumdünya Səhiyyə Assambleyasının noyabrda keçiriləcək xüsusi sessiyasında qəbul edilməsi planlaşdırılır.Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri dünyada vaksinlərə çıxışda bərabərliyin olmamasına diqqət çəkib. O xatırladıb ki, hazırda dünya sakinlərinin 36%-i koronavirusa qarşı tam peyvənd olunub, lakin Afrikada bu rəqəm cəmi 6%-dir.
Baş direktor eyni zamanda vurğulayıb ki, peyvəndlər insanların həyatını xilas etsə də, infeksiyanın ötürülməsini dayandırmır. Ona görə də hər bir ölkə bütün vasitələrdən, o cümlədən səhiyyə və sosial sahədə hazırlanmış tədbirlərdən sınaq, müalicə və vaksinlərlə birgə” istifadə etməlidir”, - deyə o, yekunlaşdırıb.
Buna görə də hər ölkə səhiyyə və sosial sferada hazırlanmış tədbirlər daxil olmaqla, bütün vasitələrdən istifadə etməlidir.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












