"Uzbekistan Airways" AZAL qəzasından sonra Avropaya Azərbaycan üzərindən uçur?

"Uzbekistan Airways" təhlükəsizlik məqsədilə Avropaya bütün uçuşları Rusiya və Belarus üzərindən deyil, cənub istiqamətində - Azərbaycan və Türkiyə üzərindən həyata keçirməyə başlayıb.
Avtosfer.az-ın Repost.uz-a istinadən verdiyi məlumata görə, bu barədə aviaşirkətin 33 illiyinə həsr olunmuş mətbuat konfransında xəbər verilib.
Bildirilir ki, milli aviaşirkətin uçuş marşrutu yanvarın 20-dən dəyişdirilib.
Bu qərarın "Azerbaijan Airlines" təyyarəsinin Rusiya HHM-in fəaliyyəti nəticəsində qəzaya uğraması ehtimalı ilə əlaqəli olub-olmadığı sualına isə şirkətdən belə cavab verilib:
"Xeyr, bu, sadəcə, ehtiyat tədbirləri və müəyyən mənada marşrutların optimallaşdırılmasıdır".
Həmçinin mətbuat konfransında cari ilin yazında beş yeni təyyarənin tədarük ediləcəyi və dörd yeni reysin açıldığı (Daşkənd - Madrid, Daşkənd - Şenjen, Fərqanə - Urumçi, Fərqanə - Dehli) vurğulanıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












