“Vaqner” Putindən xahiş etdi: Bizi Qəzzaya göndər! – VİDEO

“Vaqner” üzvlərindən biri Rusiya lideri Vladimir Putinə video-müraciət edib.
Bu barədə “Vaqner”in sosial media hesabında məlumat yayılıb.
Üzü bağlı olan vaqnerçi adını çəkmək istəmədiyi yerdən yeni gəldiklərini bildirib:
“Mən müdafiə naziri Şoyquya, Baş Qərargah rəisi Gerasimova deyil, birbaşa Prezident Vladimir Putinə müraciət edirəm: xahiş edirəm, bizi “Vaqner” komandanlığı altında ya Ukraynaya, ya da Fələstinə göndərin!”
O bildirib ki, kimlərləsə hansısa müqavilə bağlamaq istəmirlər (vaqnerçilərə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq öhdəliyi qoyulub):
“Biz heç vaxt sizə qarşı olmamışıq, Vladimir Vladimiroviç! Çinki biz vətənpərvərik. Ona görə sizdən acizanə xahiş edirik: icazə verin, Ukrayna və ya Fələstinə “Vaqner” adı altında gedək. İnanırıq ki, siz bizi yaxşı başa düşürsünüz”.
O bildirib ki, bununla bağlı vaqnerçilərin Putinə rəsmi məktubu var və o məktub Putinə çatanda, yəqin ki, doğru qərar verəcək. (Axar.az)
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












