Vəkil : “Hər bir sərnişin maska taxmayan şəxslərə irad bildirməlidir”

Koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə Bakıda tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı metropoliteninin də fəaliyyəti iyulun 20-dək dayandırılıb.
Bu zaman əsas yük şəhərdaxili marşrut və ekspres xətt avtobuslarının üzərinə düşür.
Sosial şəbəkələrdə avtobuslarda qoruyucu tibbi maskadan istifadə etməyən sərnişinlərin olması ilə bağlı fotolar paylaşılır.
Avtosfer.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Yeganə Məmmədova açıqlamasında bildirib ki, bu cür foto və videoların yayılmasının özü də bir qınaq vasitəsidir.
“Maskadan istifadə etmədiyinə, sosial məsafə qaydalarına riayət etmədiyinə görə sosial şəbəkələrdə foto və videolarının yayıldığını görən vətəndaş, çox güman ki, növbəti dəfə belə hallara yol verməkdən çəkinəcək.
Lakin bu çəkilişləri edən vətəndaş öz üzərinə düşən işin bundan ibarət olmadığını da bilməlidir. Təsadüfi deyil ki, aidiyyatı qurumlar özləri virusun daha geniş yayılmasının qarşısının alınmasının vətəndaş məsuliyyətindən asılı olduğunu bildirirlər.
Belə olan halda isə hər bir vətəndaş tətbiq edilən qaydalara riayət etməklə yanaşı, bu qaydanı pozanlara da öz iradlarını bildirməlidir. Hesab edirəm ki, fərdi qaydada aparılan maarifləndirmə daha faydalıdır.
Odur ki, hər bir vətəndaş qaydalara riayət etməyən şəxsləri gördükdə də onlara etiraz etməli, bu cür halların xəstəliyin daha geniş yayılmasına şərait yaratdığını bildirməlidir. Ümumiyyətlə, bu bəladan qurtulmağın yollarından biri də məsuliyyətli olmaqdan asılıdır”, – vəkil bildirib.

Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












