Vətən müharibəsi şəhidlərinin Anım Gününə hazırlıq işləri yekunlaşıb - FOTO

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq.
“Report” xəbər verir ki, artıq Anım Gününə hazırlıq işləri yekunlaşıb.
Bakının küçə və prospektlərində 27 sentyabrla bağlı plakatlar asılıb, Vətən müharibəsi barədə şüarlar yazılıb.
Binaların eyvanlarından isə Azərbaycan bayraqları asılıb.
Eyni zamanda, Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu II Şəhidlər xiyabanında da hazırlıq işləri başa çatıb.
Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb. Müharibə 2020-ci ilin noyabrın 10-da Azərbaycanın tam qələbəsi ilə başa çatıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












