Vətəndaş şikayət etdi - Qayda pozan sürücüyə cərimə yazıldı - VİDEO

Ötən il dekabrən 25-də saat 12:12 radələrində 90 RD 244 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq tam olaraq əks istiqamətə çıxıb hərəkət axınının əksinə hərəkət etməsi barədə Avtosfer.az xəbər vermişdi. Bu hal vətəndaşın videoregistratoru vasitəsi ilə qeydə alınıb və o bu barədə DYP rəhbərliyinə rəsmi qaydada şikayət ünvanlanıb. Aidiyyatı üzrə iş Yasamal rayon DYP Şöbəsinə yönləndirilib və onlar da sürücüyə görüntü əsasında protokol tərtib edib görülmüş tədbir, yazılmış protokol barədə şikayətçiyə cavab göndəriblər.
Avtosfer.az olaraq bütün sürücüləri yollarda nizam-intizamsızlı olmağa dəvət edirik. Yalnız DYP-nin xidməti avtomobillərini görəndə yox, hər zaman qaydalara əməl edin. Çünki əks halda özünüzün və digərlərinin həyatına təhlükə yarada bilərsiniz. Ən yaxşı halda isə bir neçə saniyə irəli düşmək üçün 100 manat ödəməyə dəyməz axı.
Avtosfer.az bir daha görüntüləri və cavab məktubu sizə təqdim edir.
Kənan
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA













