Vətəndaşlara DİN adından saxta SMS-lər gəlir

Azərbaycanda bir çox vətəndaşın mobil telefonuna Daxili İşlər Nazirliyi (DİN) adından SMS göndərilərək, 100 manat cərimə edilmələri barədə xəbərdarlıq gəlir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, SMS-də istifadəçiyə pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün "blok olunduğu" bildirilir.
Həmçinin "blokdan çıxmaq" üçün 100 manat cərimə ödənilməsi tələb edilir. Cərimənin ödənilməsi üçün isə E-pul.az ödəniş sistemində pul kisəsi ünvanı göstərilir.
"Cərimənin ödənilməsi tələbini nəzərə almadığınız halda cihazınızda olan bütün kontaktlara həmin insidentin təsviri və və cərimə barədə sizə məlumat vermələri xahişi ilə SMS göndəriləcək” şəklində yazılan şantaj mətnində cinayət işi başlanacağı barədə də hədə yer alır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”a açıqlamasında bildirib ki, bu cür dələduzluq halları bir neçə il əvvəl də müşahidə edilib:
“Həmin vaxt DİN tərəfindən müvafiq araşdırma aparılıb və bu əməli törədənlər ifşa edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılıblar. Əgər hazırda da belə hal varsa, rəsmi qaydada hüquq mühafizə orqanlarına müraciət edilsin və məsələ araşdırılacaq” – deyən E.Zahidov vətəndaşları diqqətli olmağa çağırıb.

“Report” məsələ ilə bağlı “E-pul” layihəsinin Müştəri Xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, bu, sadəcə müxtəlif brauzerlərdən yayılan virusdur və onun ödəniş sistemi ilə heç bir əlaqəsi yoxdur, qeyd olunan nömrəli pul kisəsi isə mövcud deyil və ona hansısa məbləğdə ödəniş həyata keçirmək mümkün deyil.

Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












