Vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar haradan əldə olunacaq? - Qaydada dəyişiklik

Vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar məhkəmələr tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə də əldə ediləcək.
Bununla bağlı Nazirlər Kabinetnin müvafiq qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Prezidentin Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar həm də məhkəmələr tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə də əldə ediləcək.
Qüvvədə olan qaydaya əsasən, sadəcə vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilirdi.
Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nə yeni bənd əlavə edilib.
Dəyişikliyə əsasən, “Elektron məhkəmə”informasiya sistemi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə inteqrasiya olunacaq.
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI










