Vilayət Eyvazov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisini qəbul edib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov missiyasının sona çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, nazir BMT-nin bir çox təsisatları ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, ölkəmizin BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya və Protokolların iştirakçısı olaraq, Təşkilatın bir çox xüsusi qurum və orqanları ilə səmərəli əməkdaşlıq münasibətlərini davam etdirdiyini xatırladıb, qlobal sülh və təhlükəsizliyin qorunması üçün məsul olan bu qurumun daha səmərəli fəaliyyət göstərməsinə respublikamızın da öz töhfəsini verdiyini vurğulayıb.
Nazir qeyd edib ki, təkcə son 5 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə BMT-nin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə Azərbaycan Respublikasının daxili işlər orqanlarının 200-ə yaxın əməkdaşı fəal iştirak edib.
Bu əlaqələrin genişlənməsinə, eləcə də ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə BMT arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirən general-polkovnik V.Eyvazov Q.İsakzaiyə təşəkkürünü bildirib və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Qulam İsakzai fəaliyyət göstərdiyi müddətdə ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həyata keçirildiyini, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini xatırladıb, BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
Şiddətli yağışlar başlayacaq: 10-15 gün…
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB










