Vüqar Bayramov: “İşğaldan azad olunan ərazilərdə kosmik müşahidələr artırılmalıdır”

İşğaldan azad olunan ərazilərdə kosmik müşahidələr artırılmalıdır.
Bunu bu gün Milli Məclisdə nazirlər və parlament üzvləri üçün tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
O, qeyd edib ki, 2020-ci ildə münaqişə bitəndən sonra 300 nəfərdən çox dinc şəxs azad edilmiş Azərbaycan ərazilərində minaların qurbanı olub.
V.Bayramov hesab edir ki, azad edilmiş ərazilərin tədqiqi baxımıdan kosmik müşahidələrin aparılması xüsusi əhəmiyyət kəsb edir:
“Bu fakt bir daha kosmik müşahidələrin əhəmiyyətini artırır. Hesab edirəm ki, həmin ərazilərdə kosmik müşahidələr artırılmalıdır”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) sədr müavini Fuad Aslanov çıxışında təmsil etdiyi qurumun fəaliyyətindən xəbər verib.
F.Aslanovun sözlərinə görə, “Azərkosmos”un peykləri vasitəsi ilə təxminən 5 milyon kvadrat kilometrdən çox ərazidə tədqiqatlar aparılıb:
“Biz digər sahələrlə yanaşı, kənd təsərrüfatına da xüsusi diqqət yetiririk. Həmçinin qlobal istiləşmə dövründə baş verən dəyişiklikləri müşahidə edirik. Yerin müşahidə peykləri vasitəsi ilə baş verən prosesləri izləmək imkanımız olur.
“Azərkosmos” olaraq mariflənmə və komsik sahədə təhsilə də üstünlük veririk. Bu məqsədlə ölkədə olan bir sıra təhsil müəssisələri ilə birbaşa işləyirik və bu işimizi davam etdirəcəyik”.
“Azərkosmos” rəsmisi Azərbaycanın kosmos habına çevrilməsi üçün şlərin getdiyini də açıqlayıb:
“Azərbaycan regionun enerji, biznes və bir çox sahələrdə habına çevrilib. Ölkəmizin komsos habına çevrilməsi üçün də əlimizdən gələn səyləri əsirgəməyəcəyik”.(report)
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda mənzillər ancaq bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ










